New York Times: “İran bu halda İsrailin hücumuna cavab verməyəcək”

Hazırda oxunan: New York Times: “İran bu halda İsrailin hücumuna cavab verməyəcək”

217680

İran İsrailin mümkün zərbəsinə qarşı müxtəlif cavab variantlarını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan İran rəsmilərinin məlumatına görə, İranın Ali Rəhbəri Əli Xamenei hərbçilərə İsrail hücumunun miqyasından asılı olaraq bir neçə cavab planı hazırlamağı əmr edib.

Tehranın cavab həmləsi İsrail tərəfindən hücum üçün seçilən hədəflərdən asılı olacaq.

Əgər hücum ciddi dağıntılara və çoxsaylı tələfata səbəb olarsa, İran zərbəyə cavab verəcək. Əgər yəhudi dövləti bir neçə hərbi baza və raket və dronların anbarlarına hücumla yetinərsə, Tehran cavab olaraq heç nə etməyə bilər.

Mənbələr qeyd ediblər ki, İranın neft və enerji infrastrukturuna, nüvə obyektlərinə zərbə endirildiyi və yüksək vəzifəli məmurların öldürüldüyü təqdirdə cavab qaçılmaz olacaq.

Qeyd edək ki, “Hizbullah” liderlərinin İsrailin hava zərbəsi nəticəsində öldürülməsindən sonra İran oktyabrın 1-də İsrailə raketlərlə zərbələr endirib. İsrail rəsmiləri isə İrana cavab hücumunun ediləcəyinin anonsunu veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin