Qərbin Moldova MANİPULYASİYASI – Nəticə Qərbə sərf etmirsə, deməli seçki “qeyri-demokratik”dir...

Hazırda oxunan: Qərbin Moldova MANİPULYASİYASI – Nəticə Qərbə sərf etmirsə, deməli seçki “qeyri-demokratik”dir...

217604

Moldovada keçirilən son referendumun nəticələri belə deməyə əsas verir ki, ölkə əhalisinin tam yarısı Avropa İttifaqına  üzvlüyə “yox” deyir. Bu isə o anlama gəlir ki, Qərbin nə qədər bunun əksini söyləməsinə rəğmən, Moldova, Gürcüstan kimi ölkələrdə əhalinin böyük hissəsi “köhnə dünya”nın yalanlarına aludə olmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Moldovalıların 56%-i Aİ-yə qoşulmağa qarşı çıxıb


Onlar belə mövqeyilə ölkələrinin müstəqillik və suverenliyini kiminsə dirijor çubuğundan asılı olmaqdan üstün tutduqlarını ortaya qoyurlar. Qərb hər zaman sözdə xalqın rəy və səsinin hər şeydən üstün olduğunu bəyan edir. Amma Moldovadakı referenduma münasibətdə Qərbin sərgilədiyi mövqe isə reallıqda onların xalqın səsi və rəyilə hesablaşmadıqlarının bariz nümunəsidir.

Belə ki, Gürcüstanda olduğu kimi, Moldova da Qərb xalqın rəyini heç sayaraq nəticələri “dezinformasiya kampaniyasının nəticəsi” kimi təqdim edir. Yəni özlərinə sərf edəndə prosesi demokratik adlandırır, sərf edilməyən nəticələr çıxanda isə ona dezinformasiya kampaniyası kimi don geyindirməyə çalışırlar.


Deməli, hər addımbaşı demokratiyadan dəm vuran Qərb üçün öz maraqlarının təmin olunduğu seçkilər demokratik, şəffaf keçirilməsinə rəğmən maraqlarına cavab verməyən nəticələrlə yekunlaşan seçkilər isə antidemokratikdir.

Qərbin bu cür siyasət yürütməsinə səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirir ki, Qərbin Moldovadakı referendumun nəticələrinə qərəzli münasibəti əslində Qərbin demokratiya pərdəsi adı altında özlərinin çirkin niyyət və məqsədlərinin həyata keçirməsinə yönəlik cəhdin göstəricisidir:

“Bunu təkcə Moldovada müşahidə etmirik, Gürcüstanda da görürük. Qərb bu qədər demokratiya və ədalət tərəfdarıdırsa, Fransada “sarı jiletlilər”ə amansız addımlara, polisin kobud rəftarına niyə münasibət bildirməyib? Ermənistanda demək olar ki, bütün keçmiş prezidentləri həbs ediblər. Qərb isə buna da susur.

Moldova və Gürcüstanla bağlı məsələdə əsas məqsəd Qərb dövlətlərinin regiona müdaxiləsi və bölgədə öz maraqlarının təmin olunmasıdır. Qərb guya İraqa, Liviyaya, Suriyaya demokratiya gətirdi?! Bu gün Qərbin belə ikiüzlü siyasətini Moldovadakı seçkilərə yanaşmasında da görürük”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin