Ərdoğan rus dilində təşəkkür etdi - VİDEO

Hazırda oxunan: Ərdoğan rus dilində təşəkkür etdi - VİDEO

217601

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən XVI BRICS Sammitinin “Outreach / BRICS+” formatının ilk plenar iclasında iştirak edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Ərdoğan iclasda çıxışının sonunda auditoriyaya müraciət edərək rus dilində təşəkkür edib.

Belə ki, o, çıxışını “Spasibo” (Sağ olun) deyərək tamamlayıb.

Bununla da Türkiyə lideri sammitdə iştirakını başa vurub və Putinlə sağollaşaraq Kazan aeroportuna yollanıb.

Xatırladaq ki, Türkiyə mətbuatı Ərdoğanın Kazan səfərini vaxtından əvvəl tamamlayacağını yazmışdı.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin