Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş verən terror hücumu ilə bağlı Rusiya səfərini yarımçıq qoyaraq ölkəyə qayıdacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumatlar yayılıb.
Bildirilib ki, Ərdoğan oktyabrın 24-ü Tatarıstanın paytaxtı Kazandan Ankaraya yola düşəcək.
Qeyd edək ki, Türkiyə lideri XVI BRICS Sammiti ilə əlaqədar Tatarıstanın paytaxtı Kazan şəhərinə rəsmi səfər edib.
Xatırladaq ki, dünən Ankara şəhərində TUSAŞ aerokosmik müəssisəsində terror aktı törədilib.
Nəticədə 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Hücum edən hər iki terrorçu məhv edilib.
Türkiyənin Daxili İşlər Nazirliyi Əli Yerlikaya deyib ki, yaralananlardan 3-ü xəstəxanadan buraxılıb.
Yeri gəlmişkən, terror aktını PKK terror təşkilatının üzvləri həyata keçirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:00 / 24.10.2024
KİV: Ərdoğan Ankaradakı terrora görə Kazanda səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq
Hazırda oxunan: KİV: Ərdoğan Ankaradakı terrora görə Kazanda səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq
Hazırda oxunan: KİV: Ərdoğan Ankaradakı terrora görə Kazanda səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq
217502
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.