Rusiya XİN: “Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır”

Hazırda oxunan: Rusiya XİN: “Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır”

217477

"Qərb Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını saxlamağa, o cümlədən regionda sabitliyi pozmağa çalışır. Buna nail olmaq üçün isə onlar hər şeyə, o cümlədən yeni müharibələrə başlamağa, köhnə münaqişələri aktivləşdirməyə hazırdırlar”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə deyib.

“ABŞ-nin Gürcüstanın Rusiyaya qarşı ikinci cəbhə açmasına yönəlmiş cəhdləri Qərblə oyun oynamağın təhlükəsini açıq şəkildə nümayiş etdirir. Mən hələ suveren dövlətlərin işlərinə müdaxilədən danışmıram, çünki onlar bunu mütəmadi olaraq edirlər”, - Zaxarova qeyd edib.

O bildirib ki, bu davranış ABŞ və Avropa İttifaqı (Aİ) ilə oyun oynamağa çalışan hər kəsə dərs olmalıdır:

“Onların vədlərinin nə ilə nəticələnəcəyini anlamaq lazımdır. Onlar əvvəlcə qızıl dağlar vəd edəcəklər, lazım gələndə isə öz suverenlik və müstəqilliyindən əl çəkməyi tələb edəcəklər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin