Kazanda BRICS liderlərinin məhdud tərkibdə görüşü BAŞLAYIB - VİDEO

Hazırda oxunan: Kazanda BRICS liderlərinin məhdud tərkibdə görüşü BAŞLAYIB - VİDEO

217389

Kazan şəhərində BRICS liderlərinin məhdud tərkibdə iclası keçirilir.

Bizim.Media "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, iclasda Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

O, BRICS tərəfdaş ölkələrinin siyahısının formalaşdırılmasını və Kazan sammitinin yekun bəyannaməsində qeyd edilməsini təklif edib:

"Rusiya BRİCS-in dünyada nüfuzunu gücləndirməyə, diqqətini qlobal və yerli problemlərin həllinə yönəltməyə çalışır".

Kremlin sahibi qeyd edib ki, Qlobal Cənub və Şərq ölkələrinin BRİKS-ə görünməmiş marağını görməmək düzgün olmazdı:

"30-dan çox dövlət BRİCS ilə əlaqələri gücləndirmək istəyini ifadə edib. Ancaq balansı saxlamaq və BRİCS-in effektivliyinin azalmasının qarşısını almaq lazımdır".

Putin vurğulayıb ki, BRİCS ölkələri sözdə deyil, əməldə dünyadakı vəziyyətə görə məsuliyyət nümayiş etdirirlər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin