İsrailin İrana hücumuna dair məxfi sənədləri yayan Pentaqon əməkdaşı İran əsilli imiş

Hazırda oxunan: İsrailin İrana hücumuna dair məxfi sənədləri yayan Pentaqon əməkdaşı İran əsilli imiş

217314

ABŞ-da İsrailin İrana hücum hazırlığına dair məxfi sənədləri yayan Pentaqonun əməkdaşının kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsinə istinadən "Sky News Arabia" telekanalı məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail ordusu Hizbullah sözçüsünün çıxışını BOYKOT ETDİ - VİDEO


Məlumata görə, İsrailin İrana hücuma hazırlığı ilə bağlı Pentaqonun məxfi sənədlərinin sızmasının mənbəyi ABŞ-ın müdafiə naziri Lloyd Ostinin ofisində yüksək rütbəli məmuru olub. O, ABŞ Müdafiə Nazirliyi ofisinin yüksək rütbəli əməkdaşı İran əsilli amerikalı Ariana Təbatəbaidir.

Ariana Təbatəbai ABŞ Müdafiə Departamenti katibinin Xüsusi Əməliyyatlar və Aşağı İntensivli Münaqişələr üzrə müavininin ofisinin rəhbəridir.
 

Əvvəllər o, ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentində məsləhətçi işləyib. Təbatəbai RAND-da politoloq və Yeni Amerika Təhlükəsizliyi Mərkəzində (CNAS) Yaxın Şərq Təhlükəsizliyi Proqramının baş elmi işçisi olub. 


Qeyd olunur ki, onun yüksək məxfi məlumatlara çıxışına icazəsi var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin