ABŞ prezidenti postuna Respublikaçılar partiyasının namizədi Donald Tramp amerikalı seçicilər arasında dəstək baxımından Demokratlar partiyasının namizədi Kamala Harris üzərində üstünlüyünü üç faizədək artırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Rasmussen Reports” təşkilatının keçirdiyi ictimai rəy sorğusunun nəticələrində öz əksini tapıb.
Məlumata görə, sorğu iştirakçılarının 50 faizi noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampı, 47 faizi Kamala Harrisi, iki faizi isə digər namizədi dəstəkləməyə hazır olduğunu bildirib. Oktyabrın 15-dən 20-dək keçirilmiş sorğuda təxminən 3,4 min amerikalı seçici iştirak edib.
“Rasmussen Reports” təşkilatının oktyabrın 17-də keçirdiyi öncəki rəy sorğusunda Donald Tramp 48 faiz, Kamala Harris isə 47 faiz səs toplamışdı.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Respublikaçılar partiyasını ölkənin sabiq prezidenti Donald Tramp, Demokratlar partiyasını isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:10 / 22.10.2024
SORĞU: Trampı dəstəkləyənlərin sayı ÇOXALIB
Hazırda oxunan: SORĞU: Trampı dəstəkləyənlərin sayı ÇOXALIB
Hazırda oxunan: SORĞU: Trampı dəstəkləyənlərin sayı ÇOXALIB
217230
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.