Türkiyənin HÜRJET qırıcısının uğurlu sınaq uçuşu oldu - ANBAAN VİDEO

Hazırda oxunan: Türkiyənin HÜRJET qırıcısının uğurlu sınaq uçuşu oldu - ANBAAN VİDEO

217150

Türkiyənin ilk reaktiv mühərrikli yüngül hücum təyyarəsi HÜRJET ilk dəfə səs sürətini aşaraq sınaq uçuşunu gerçəkləşdirib.

Bizim.Media xəbər verir ki, Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən inkişaf etdirilməkdə olan ölkənin ilk reaktiv mühərrikli yüngül hücum təyyarəsi HÜRJET səs sürətini uğurla keçib.
 

Sınaq uçuşu paytaxt Ankarada keçirilib. Planlaşdırılmış və nəzarətli uçuş üçün Mürted Hava Meydanından istifadə olunub.


Xatırladaq ki, ilk uçuşunu 25 aprel 2023-cü ildə həyata keçirən HÜRJET o gündən bəri 100-dən çox sınaq uçuşu reallaşdırıb.

HÜRJET təlim uçuşları, hava patrulları, həmçinin döyüş və digər missiyalar üçün nəzərdə tutulub. Qırıcının 2025-ci ildən kütləvi istehsalı planlaşdırılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin