Oktyabrın 21-nə keçən gecə Rusiya ordusu “Şahed” tipli hücum pilotsuz uçuş aparatları (PUA) ilə növbəti dəfə Kiyevə kütləvi hücum edib.
Bizim.Media xəbər verir ki, Kiyevdə partlayış səsləri eşidilib. Ukraynanın hava hücumundan müdafiə sistemi işə düşüb.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun yaydığı məlumata görə, zərərsizləşdirilən PUA-ların qalıqları evlərə ziyan vuraraq yanğına səbəb olub, xəsarət alan var.
Bildirilib ki, Rusiyanın 10-a yaxın PUA-sı müxtəlif istiqamətlərdən paytaxta yaxınlaşıb.
Dağıntılar, xüsusilə, şəhərin Dnepr, Qoloseyevski və Solomenski rayonlarında qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:10 / 21.10.2024
Kiyevə dron hücumu: DAĞINTILAR VAR
Hazırda oxunan: Kiyevə dron hücumu: DAĞINTILAR VAR
Hazırda oxunan: Kiyevə dron hücumu: DAĞINTILAR VAR
217001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.