Bir neçə gündür ki, Türkiyə mediasında yer alan mövzulardan biri də cəmiyyət arasında “yeni doğulanlar qruplaşması” adlandırılan dələduzluq sistemidir.
Bizim.Media xəbər verir ki, İstanbulda ifşa edilən qruplaşmanın ölkənin 112 Təcili Çağrı Mərkəzində çalışan şəxslər və bəzi xəstəxana işçiləri ilə əlbir olduğu aşkarlanıb. Onların özəl və dövlət xəstəxanalarından transfer etdikləri yeni doğulan sağlam körpələri uzun müddət reanimasiya şöbəsində baxımsız vəziyyətdə saxlayaraq ailələrindən pul tələb etdiyi, hətta bəzi uşaqların ölümünə səbəb olduğu müəyyən edilib.
İlkin məlumata görə, qruplaşma iki həkim və bir təcili tibbi yardım maşınının sürücüsü tərəfindən yaradılıb.
Son bir neçə gün ərzində hadisə ilə bağlı 50-ə yaxın şübhəli saxlanılıb. Onlardan 22-si həbs olunub, bəzi xəstəxanalar isə bağlanıb.
Hadisə ilə bağlı genişmiqyaslı araşdırma davam edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
05:37 / 21.10.2024
Türkiyədə bəzi xəstəxanalar bağlandı - 50-ə yaxın şübhəli SAXLANILDI
Hazırda oxunan: Türkiyədə bəzi xəstəxanalar bağlandı - 50-ə yaxın şübhəli SAXLANILDI
Hazırda oxunan: Türkiyədə bəzi xəstəxanalar bağlandı - 50-ə yaxın şübhəli SAXLANILDI
216972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.