Slovakiya Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxdı

Hazırda oxunan: Slovakiya Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxdı

216963

Slovakiyanın hakim partiyası “İstiqamət – Sosial Demokratiya” Ukraynanın NATO-ya daxil olması planlarını dəstəkləməyəcək.

Bizim.Media xəbər verir ki, bunu respublikanın baş naziri Robert Fiko “TA-3” telekanalına deyib.

“Yəqin ki, Ukraynanın NATO-ya dəvətinin qarşısını almaq mümkün olmayacaq, lakin sonra ratifikasiya məsələsi parlamentdə həll olunacaq. Mən öz və rəhbərlik etdiyim partiyanın adından deyirəm ki, biz bu ideyanı dəstəkləməyəcəyik”, - deyə Fiko telekanalda danışıb.

Onun sözlərinə görə, bu yaxınlarda münaqişənin həlli ilə bağlı planını təqdim edən Ukrayna prezidenti Vladimir Zelenski Slovakiyanın bu mövqeyindən xəbərdardır. Baş nazir Zelenskinin irəli sürdüyü qələbə planını tamamilə qeyri-real adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin