Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzvlüyə dair Konstitusiya referendumu ilə bağlı səsvermə keçirilir.
Bizim.Media xəbər verir ki, prezident seçkiləri yarışında prezidentliyə 11 namizəd mübarizə aparır. Bundan başqa seçicilər “Moldova Respublikasının Avropa İttifaqına üzv olması üçün Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı?” sualına da cavab verəcəklər.
Prezident seçkiləri və Konstitusiya referendumu üçün Mərkəzi Seçki Komissiyası 7,3 milyondan çox bülleten çap edib.
MSK-nın açıqlamasına görə, seçkiləri 2061 yerli və beynəlxalq müşahidəçi izləyir.
Moldovanın 42 min gənc vətəndaşı ilk dəfə səsvermə hüququndan istifadə edəcək.
Bizim.Media