ABŞ Ukraynanı NATO-ya BU ŞƏRTLƏ dəvət etməyə hazır olacaq - KİV

Hazırda oxunan: ABŞ Ukraynanı NATO-ya BU ŞƏRTLƏ dəvət etməyə hazır olacaq - KİV

216834

Ukraynanın Şimali Atlantika Alyansına mümkün daxil olması məsələsi oktyabrın 18-də Berlində keçirilən görüşdə ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer və Almaniya kansleri Olaf Şolz tərəfindən müzakirə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Le Monde” Avropa diplomatik mənbəsinə istinadən yazıb.
 

Qeyd edilib ki, Vaşinqton artıq Ukraynanın NATO-ya dəvət olunmasına etiraz etmir.


“Əgər Kamala Harris prezident seçilərsə, Baydenin keçid dövründə bu istiqamətdə hərəkət edə biləcəyini təsəvvür etmək olar. Əgər Tramp seçilsə, o zaman arqument qüvvəsini itirir və Baydenin ən kiçik təşəbbüsü vəziyyəti daha da pisləşdirmək riski daşıyır”, - qəzetin mənbəsi bildirib.

Nəşrin bəzi mənbələri hesab edir ki, ABŞ-ın mövqeyinin dəyişməsi Almaniyanın da Ukraynanın alyansa daxil olmasını dəstəkləyəcək.

Bildirilib ki, Ukraynanın NATO-ya dəvəti hazırda Fransa və Böyük Britaniya tərəfindən dəstəklənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin