Prezidentinin xüsusi nümayəndəsi: “Azərbaycan Zəngəzur dəhlizinin açılmasına böyük əhəmiyyət verir”

Hazırda oxunan: Prezidentinin xüsusi nümayəndəsi: “Azərbaycan Zəngəzur dəhlizinin açılmasına böyük əhəmiyyət verir”

216832

“Azərbaycan zaman keçdikcə münaqişənin yenidən alovlanması və yeni faciələrə səbəb olmaması üçün hər hansı hüquqi boşluq saxlaya bilməz. Bu səbəbdən, uzunmüddətli Ermənistan-Azərbaycan qarşıdurmasının əsas səbəbi aradan qalxmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyada dərc edilən "Berliner Zeitung" qəzetinə müsahibəsində deyib.

"Zəngəzur dəhlizinə gəlincə, Azərbaycan hələ də onun açılmasına böyük əhəmiyyət verir, lakin onu sülh sazişindən kənara çıxarmağa razılıq verməyin əsas səbəbi bu problemin həll olunmamasından istifadə edərək Azərbaycana qarşı əsassız iddialarla çıxış edən bədxahların bəhanəsini əlindən almağa xidmət edir", - deyə Elçin Əmirbəyov fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin