ABŞ-nin dünyadakı ikinci böyük səfirliyi Ermənistanda yerləşir.
Bizim.Media xəbərr verir ki, bu barədə Old Filofeyin Yutub kanalında məlumat verilib.
Bildirilib ki, ABŞ-nin ən böyük səfirliyi İraqdadır. Bu səfirlik demək olar ki, qeyri-formal hərbi hissədir:
“İkinci ən böyük səfirlik isə Ermənistandadır. ABŞ-nin Ermənistandakı səfirliyi 9 hektar ərazidə yerləşir və onun 2,5 min əməkdaşı var.
Bu isə o deməkdir ki, Qafqaz Respublikaları əhalisinin 0,1 faizi Amerika səfirliyində çalışır".
Müqayisə üçün qeyd edək ki, Rusiyanın Ermənistandakı səfirliyində cəmi 60 nəfər çalışır.
Videoda o da qeyd olunub ki, Ermənistanda belə böyük bir səfirliyin yarardılmasınən səbəbi ilə bağlı heç vaxt rəsmi açıqlama verilməyib.
Maraqlıdır, ABŞ-nin belə balaca və varlı olmayan ölkədə bu qədər böyük səfirlik açması nəyinə lazımdır? Ən qəribəsi də odur ki, bu məsələ ilə bağlı rəsmi bir açıqlama yoxdur. 2005-ci ildə Amerikanın Ermənistandakı səfiri Con Evons bununla bağlı bir ifadə işlətmişdi: Bu gənc respublika ilə əlaqələrin vacibliyi ilə bağlıdır.
Rusiya mediası buranın bütün region üçün kəşfiyyat mərkəzi olduğu qənaətindədir. Amma maraqlıdır, niyə məhz Ermənistan?!
Rəna. Bizim.Media