Netanyahudan Makronun sözlərinə CAVAB: “Cahildir”

Hazırda oxunan: Netanyahudan Makronun sözlərinə CAVAB: “Cahildir”

216454

“Fransa prezidenti Emmanuel Makronun İsrailin Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnaməsi əsasında formalaşması ilə bağlı sözləri Fransa liderinin tarixi bilməməsindən və cahilliyindən xəbər verir”.

Bizim.Media xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “Le Figaro” qəzetinə müsahibəsində deyib.

“Makronun bu açıqlaması tarixi məlumatsızlığın və hörmətsizliyin əlamətidir. BMT yəhudi xalqının dövlət hüququnu tanıyıb, lakin, təbii ki, onu yaratmayıb” , - Netanyahu qeyd edib.

O, həmçinin xatırladıb ki, yəhudi xalqı 3,5 min ildir İsrail torpağına bağlıdır və İsrail Ərəb-İsrail müharibəsi nəticəsində dövlətçilik qazanıb.

“Buna görə də BMT-nin İsrail dövlətini yaratdığını söyləmək tarixin üzücü təhrifidir” , - deyə o, əlavə edib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron nazirlər toplantısında İsrailin Parisdəki səfirini Xarici İşlər Nazirliyinə çağırdıqdan sonra “Netanyahu İsrailin BMT-nin qərarı ilə yaradıldığını unutmamalıdır" fikrini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin