Xəbər verdiyimiz kimi, ABŞ-ın keçmiş Prezidenti Donald Trampa qarşı bu il üçüncü dəfə sui-qəsdə cəhd edilib. Sui-qəsd cəhdi şənbə günü keçirilən mitinq vaxtı olub. Silahlı dərhal ərazidəki təhlükəsizlik əməkdaşları tərəfindən yaxalanıb.
Bizim.Media "news.am" saytına istinadən xəbər verir ki, adı hallanan şəxs - 49 yaşlı Vem Miller insidentlə bağlı "Fox News Digital" telekanalına telefonla müsahibə verib və bəzi detalları açıqlayıb.
O, erməni olduğunu, ona qarşı təhdidlərə görə silah daşıdığını və ittihamların yalan olduğunu bildirib.
Miller, həmçinin 30 il mediada çalışdığını, tam erməni adını göstərən sənədləri isə gizlədiyini deyib.
Xatırladaq ki, o, sui-qəsd cəhdindən sonra 5000 dollar girov qarşılığında sərbəst buraxılıb və ona qarşı heç ittiham irəli sürülməyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:05 / 17.10.2024
Faktlar üzə çıxdı: Trampa 3-cü dəfə sui-qəsd edən şəxs ERMƏNİ İMİŞ
Hazırda oxunan: Faktlar üzə çıxdı: Trampa 3-cü dəfə sui-qəsd edən şəxs ERMƏNİ İMİŞ
Hazırda oxunan: Faktlar üzə çıxdı: Trampa 3-cü dəfə sui-qəsd edən şəxs ERMƏNİ İMİŞ
216444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.