Almaniyanın irqçi qrupu “TRT Deutsch” nəşrini yenidən təhdid etdi

Hazırda oxunan: Almaniyanın irqçi qrupu “TRT Deutsch” nəşrini yenidən təhdid etdi

21642

Türkiyənin TRT telekanalının Berlin ofisi “TRT Deutsch” Almaniyanın neo-nasist “Prinz Eugen” qrupu tərəfindən İsrailin Qəzza zolağındakı təcavüzü barədə xəbər verdikləri üçün təhdid edilib. Bununla bağlı redaksiyaya mayın 19-da bir məktub daxil olub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “trtrussian.com” saytında yer alıb.

Mənbə yazır ki, polis təhdidləri irqçi, islamofobiya və antitürk kimi qiymətləndirib və yoxlamaya başlayıb.

Məktubun yuxarı hissəsində saqqallı və başında bomba şəkli olan guya bir müsəlmanın da fotosu var.

Mənbə yazır ki, polis məktubu sübut kimi götürərək Dövlət Təhlükəsizlik Xidmətinə təhvil verib.
“TRT Deutsch” nəşri İsrail-Fələstin münaqişəsini işıqlandırdığı üçün son bir həftə ərzində ictimai xadimlərin və Alman mediasının əsassız tənqid və hücumlarına məruz qalıb. Bunların arasında politoloq İsmayıl Kupeli və NDR Zapp media jurnalı da var.

Redaksiya hesab edir ki, təhdidlərlə dolu məktub İsrail tərəfdarlarının əsassız tənqidlərinin və Qəzza zolağındakı təcavüzünün nəticəsi ola bilər.

“TRT Deutsch”un baş redaktoru Kaan Elbir deyib ki, nəşr son iki həftə ərzində İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətləri geniş şəkildə işıqlandırıb.

“Bu səbəbdən bir çox Alman mediası və politoloqlar bizi hücum hədəfinə çevirdilər. Ancaq bu, heç bir halda həqiqəti ortaya qoymağımıza mane olmur. Alman mediasının göz yumduğu irqçilik, ksenofobiya, islamofobiya və cəmiyyətdə ifrat sağçıların yüksəlişi kimi mövzuları işıqlandırmağa davam edəcəyik. Bu cür təhdidlər bizi qorxutmayacaq”. Elbir TRT-nin rus xidmətinə verdiyi şərhdə belə deyib.

Bu, “TRT Deutsch”un son bir ildə aldığı üçüncü təhdid məktubudur. 

Polis vəziyyəti aydınlaşdıracağına söz versə də, ilk ikisinin araşdırmaları heç bir nəticə verməyib.

Xatırladaq ki, Qərb mediası və siyasətçiləri Həmas və fələstinlilərin təşkilatını İsrail-Fələstin münasibətlərinin kəskinləşməsində günahlandırırlar. Qərb mətbuatının və rəsmilərin açıqlamalarında İsrail münaqişənin qurbanı kimi göstərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin