“Rusiya Ukraynadakı nüvə obyektlərinə hücumlara hazırlaşır. Ona görə də ölkəmiz düşmən ərazisinə dərindən zərbə endirmək üçün icazə istəyir”.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Odessada Şimal-Baltik Səkkizliyi ölkələrinin xarici işlər nazirləri ilə keçirdiyi brifinqdə deyib.
“Rusiyanın havada tam hökmranlığı var. Biz bilirik ki, onlar bizim nüvə enerji obyektlərimizə hücumlar hazırlayırlar. Ukraynanın Rusiya ərazisindəki hərbi hədəflərə qarşı uzaqmənzilli raketlərin tətbiqi ilə bağlı hər hansı məhdudiyyətin aradan qaldırılmasında israrlı olmasının səbəbi məhz budur.
"Bu, özünü müdafiə edən bir ölkə olaraq bizim haqqımızdır və mən şadam ki, burada iştirak edən həmkarlarımın hamısı eyni fikirdədir”, - deyə Sibiqa qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:45 / 16.10.2024
“Rusiya Ukraynadakı nüvə obyektlərinə hücumlara hazırlaşır” - Andrey Sibiqa
Hazırda oxunan: “Rusiya Ukraynadakı nüvə obyektlərinə hücumlara hazırlaşır” - Andrey Sibiqa
Hazırda oxunan: “Rusiya Ukraynadakı nüvə obyektlərinə hücumlara hazırlaşır” - Andrey Sibiqa
216411
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.