Zelenski Ali Radada Ukraynanın "Qələbə Plan"ını təqdim etdi

Hazırda oxunan: Zelenski Ali Radada Ukraynanın "Qələbə Plan"ını təqdim etdi

216322

Prezident Volodimir Zelenski Ali Radada Ukraynanın "Qələbə Plan"ını təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Mənbə qeyd edir ki, planda ölkənin dərhal NATO üzvlüyünə dəvət edilməsi nəzərdə tutulur:

Planda digər məqamlar da yer alıb:

· Ölkə daxilində istehsalın gücləndirilməsi və Qərb tərəfdaşlarından yardımın artırılması.

· Rusiyaya qarşı müdafiə üçün Ukrayna ərazisində qeyri-nüvə vasitələrinin yerləşdirilməsi.

· Rusiya üzərində təzyiqi artırmaq məqsədilə neftin qiymətlərinə və ixracına məhdudiyyət qoyulması.

· Münaqişədən sonra Ukraynanın ən təcrübəli ordulardan birinə sahib olması və bunun Avropada təhlükəsizliyin təminatçısına çevrilməsi".

Zelenski vurğulayıb ki, plan dəstəklənsə, gələn ildən gec olmayaraq müharibə bitə və Rusiya Ukrayna üzərindəki nəzarəti əbədi itirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin