Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan siyasi fəal Parisdə saxlanıldı

Hazırda oxunan: Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan siyasi fəal Parisdə saxlanıldı

216180

Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan, Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış aktivist, siyasi fəal Kemi Seba Parisdə polislər tərəfindən saxlanılıb.

Bizim.Media bu barədə Fransa KİV-lərinə istinadən xəbər verir.
 

Məlumata əsasən, K.Seba ötən gün günorta saatlarında Parisdə, restoranda nahar edərkən polislər tərəfindən saxlanılıb.



Xatırladaq ki, 3 oktyabr tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib. Kemi Seba sözü gedən konfransda iştirak edib.

Qeyd edək ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir. 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olmuş K.Seba Fransanın iyrənc müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə Fransanın hələ də əsarəti altında olan dənizaşırı ərazilərinə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etməsi və pisləməsi nəticəsində Fransanın “qara siyahı”sına salınıb.

Fransa K.Sebanı susdurmaq üçün bir neçə dəfə həbs etmiş, lakin istədiyinə nail olmadığı üçün onu fransız vətəndaşlığından məhrum etmiş və bununla da, onu sürgünçülük həyatına məruz qoymağa cəhd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin