"Avropa İttifaqı (Aİ) Şurası bu gün Moldovada sabitliyi pozan fəaliyyətə görə məsuliyyət daşıyan beş şəxs və bir təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib".
Bizim.Media xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
"Aİ Moldova xalqının qanuni istəklərinə tam dəstək verməyə davam edəcək. Bugünkü sanksiya siyahıları Moldovanın sabitliyinə daha bir töhfədir", - o bildirib.
Eyni zamanda Borrell Rusiyanı Moldovada sabitliyi pozmağa cəhddə ittiham edib.
Bizim.Media