İtaliya gələn həftədən etibarən Albaniyada inşa etdiyi miqrant qəbulu mərkəzlərinə mühacirlər göndərəcək.
Bizim.Media xəbər verir ki, bunu İtaliyanın daxili işlər naziri Matteo Piantedosi deyib.
Nazir bildirib ki, düşərgələrdə İtaliya polisi xidmət aparacaq.
“Bu düşərgələr ölkə ərazisində yaradılan mərkəzlərə bənzəyir, yüngül təcridxanalardır. İlkin mərhələdə 400-dək mühacir düşərgələrə aparılacaq”, - deyə Matteo Piantedosi əlavə edib.
Qeyd edək ki, keçən ilin noyabrında İtaliya ilə Albaniya arasında imzalanan razılaşmaya əsasən, ölkənin şimalındakı Şenqjin və Qjader şəhərlərində iki miqrant qəbulu mərkəzi tikilib.
Buraya İtaliya Sahil Mühafizə Xidməti, eləcə də polis tərəfindən göndərilən qeyri-qanuni mühacirlər yerləşdiriləcək. İtaliyanın maliyyə vəsaiti hesabına inşa edilən mərkəzlərə ayda maksimum üç min, il ərzində isə ümumilikdə 36 minədək miqrant müvəqqəti yerləşdiriləcək.
İtaliya beş il ərzində mərkəzlərə ümumilikdə 670 milyon avro vəsait ayıracaq. Mühacirlərin sığınacaq tələbləri üçün müddət 28 gündür.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:45 / 14.10.2024
İtaliya Albaniyadakı mərkəzlərə miqrantlar göndərir
Hazırda oxunan: İtaliya Albaniyadakı mərkəzlərə miqrantlar göndərir
Hazırda oxunan: İtaliya Albaniyadakı mərkəzlərə miqrantlar göndərir
215890
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.