Tramp prezident seçilsə, Almaniya-ABŞ münasibətləri pisləşəcək - SORĞU

Hazırda oxunan: Tramp prezident seçilsə, Almaniya-ABŞ münasibətləri pisləşəcək - SORĞU

215883

Almanların 62 faizi Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ ilə əlaqələrin pisləşəcəyini düşünür.

Bizim.Media yerli mediaya istinadla xəbər verir ki, Alman Mətbuat Agentliyinin (DPA) təşəbbüsü ilə aparılan rəy sorğusunda iştirak edən respondentlərin cəmi 10 faizi "Respublikaçılar"ın namizədi Tramp qalib gələrsə Almaniya-ABŞ münasibətlərinin inkişaf edəcəyinə inanır. 

Rəyi soruşulanların 19 faizi münasibətlərin indiki səviyyədə qalacağını düşünür.

Bunda başqa, respondentlərin 9 faizi "Demokrat" partiyasının namizədi Kamala Harrisin prezident seçkilərində qalib gələcəyi təqdirdə münasibətlərin pisləşəcəyini hesab edir. 

Rəyi soruşulanların 35 faizi ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini, 44 faizi isə eyni səviyyədə qalacağını düşünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin