Tramp yatanda nə geyinir? - Keçmiş birinci ledi AÇIQLADI

Hazırda oxunan: Tramp yatanda nə geyinir? - Keçmiş birinci ledi AÇIQLADI

215865

Keçmiş birinci xanım Melaniya Tramp öz memuarını tanıtmaq üçün “Fox News”un The Five verilişində çıxış edib. 

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, veriliş zamanı o, əri Donald Trampın yatarkən nə geyindiyi ilə bağlı intim detalları açıqlayıb.

Aparıcı Qreq Qutfeld ondan 78 yaşlı keçmiş prezidentin nə vaxtsa yatıb-yatmadığını soruşub. "O, çox yatmır", - Trampın həyat yoldaşı deyib. 

"O, pijama geyinir?" Qutfeld dərhal soruşub. "Xeyr" deyə Melaniya gülərək cavab verib.

- Yatanda nə geyinir, Melaniya? - “Fox News”un aparıcısı təkid edib.

Keçmiş birinci xanım gülməyə davam edərək, əvvəlcə belə təfərrüatlı məlumatı paylaşmayacağını açıqlayıb.

Əri haqqında danışan Melaniya "o, çox  gülməlidir" qeyd edib. 

"Bütün istədiyi bu ölkəni təhlükəsiz etməkdir ki, hər kəs iş və ailə həyatı qura bilsin", - Tramp əlavə edib.

"O, hamı ilə eyni davranır", - əri haqqında əlavə edib. “Kişi və ya qadın. O, həm qadınlara, həm də kişilərə qarşı sərt davrana bilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin