Rusiya raket və dronlarla Ukraynaya hücum etdi

Hazırda oxunan: Rusiya raket və dronlarla Ukraynaya hücum etdi

215819

Oktyabrın 13-nə keçən gecə Rusiya raket və kamikadze dronlarla Ukraynaya hücum edib. Hava hücumundan müdafiə qüvvələri bütün hədəfləri məhv etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri yayıb.

Həmin gecə Rusiya ordusu Kursk vilayətindən və Krımdan iki “İsgəndər-M” ballistik raketi, Kursk vilayətinin hava məkanından isə Çerniqov və Sumı rayonlarında iki ədəd “X-59” idarə olunan aviasiya raketi ilə Poltava və Odessa vilayətlərinə hücum edib.
Rusiya tərəfi, həmçinin 68 pilotsuz uçan aparatı buraxıb. Məlumata görə, HHM qüvvələri Kiyev, Poltava, Çerniqov, Sumı və Çerkassı vilayətlərində 31 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin