Rusiyanın An-3 AK Borus təyyarəsi bu gün, oktyabrın 13-də Yakutiyanın Olekminski rayonunda qəzaya uğrayıb. Hadisə nəticəsində sərnişinlərdən biri dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Saxa Respublikası (Yakutiya) Fövqəladə Hallar Nazirliyinin İdarəsi məlumat yayıb.
Bəyanatda bildirilir ki, təyyarə Olekminsk şəhərindən 1,5 kilometr aralıda "təcili eniş" edib:
"Təyyarənin göyərtəsində 3 ekipaj üzvü və 2 sərnişin də daxil olmaqla 5 nəfər olub".
Rusiya mətbuatı və Telegram kanallarının məlumatına görə, təyyarə Olekminskdən Jeleznoqorsk istiqamətinə uçurmuş. Fəlakətin ilkin səbəbi kimi mühərrikin nasazlığı deyilir.
Nəticədə pilot təcili eniş etmək qərarına gəlib. Lakin Olekminsk yaxınlığında qəzaya uğrayıb.
Rusiya mətbuatı yazır ki, təyyarədə olan sərnişinlər qızıl çıxaran şirkətin podratçılarıdır.
Bizim.Media