İsrailli nazir: “Əsas hədəfimiz İranın nüvə obyektləri olmalıdır”

Hazırda oxunan: İsrailli nazir: “Əsas hədəfimiz İranın nüvə obyektləri olmalıdır”

215689

“İrana hücum etməliyik. İranın nüvə obyektləri əsas hədəf olmalıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri İsrailin iqtisadiyyat naziri Nir Barkat “France 24” kanalına müsahibəsində deyib.
 

Nir Barkat İranı İsraili boğmaq üçün HƏMAS, Hizbullah və husilər kimi proksi qüvvələrindən istifadə edən “ilanın başı” kimi təsvir edib. 


Onun sözlərinə görə, İranın əsas məqsədi nüvə bombası yaratmaqla İsraili məhv etməkdir. 

İsrailin İrana hücumun regional müharibəni alovlandıra biləcəyi sualına cavab olaraq iqtisadiyyat naziri deyib:

“Təhlükədə olan İsraildir. Biz bütün riskləri gözə almağa hazırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin