Fransa XİN İsrailə XƏBƏRDARLIQ EDİB

Hazırda oxunan: Fransa XİN İsrailə XƏBƏRDARLIQ EDİB

215660

Fransa Xarici İşlər Nazirliyi (XİN) İsrailin Livana hücumu nəticəsində BMT-nin iki sülhməramlısının yaralanmasından sonra ölkənin Parisdəki səfirini çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa XİN məlumat yayıb.

"Bu hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və dərhal dayandırılmalıdır" - deyə XİN-in bəyanatında deyilir.

Fransa XİN xatırladıb ki, bütün tərəflər sülhməramlıların təhlükəsizliyi ilə bağlı öhdəliklərə əməl etməyə borcludurlar. Bununla bağlı rəsmi Paris İsrailin “BMT sülhməramlılarına qarşı qəsdən hücumlarını davam etdirməsini” pisləyib və atəşkəsə çağırıb.

Fransa diplomatları BMT Təhlükəsizlik Şurasının 2006-cı il tarixli 1701 saylı qətnaməsinə uyğun olaraq diplomatik nizamlanmanın aparılmasının zəruri olduğunu bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin