Qlobal miqyasda bir çox insan, eləcə də həmvətənlərimiz qazanc və daha yaxşı həyat arxasınca xarici ölkələrə tez-tez üz tuturlar. Qərbi Avropa, ABŞ və Kanada, Çin və Şərqi Asiya, həmçinin Körfəz ölkələrinə əmək miqrasiyasının səviyyəsi daha yüksəkdir. Lakin bu ölkələrdə çalışan əcnəbilər heç də hər zaman arzuladıqları ideal həyatı tapa bilmir. Əmək haqqı yüksək olsa da, mühacirlər gah həmin ölkələrin qəribə qaydalarından, gah vergi və digər məcburi ödənişlərin çoxluğundan, gah da kriminal vəziyyətin təhlükəli həddə olmasından gileylənir.
Amma mühacirlərin özlərini tam rahat hiss etdikləri, qazanc və həyat şəraitindən olduqca razı qaldıqları ölkələr də var.
Bizim.Media dünyanın ən iri mühacir (ekspat) şəbəkəsi olan InterNations-un “Expat Insıder 2021” sorğusuna əsasən, gəlmə işçilərin ən çox məmnun olduğu 10 ölkənin siyahısını təqdim edir:
Qiymətləndirmə dörd əsas meyara görə aparılıb: həyat keyfiyyəti, asan adaptasiya olma, şəxsi maliyyə/qazanc və xaricdə işləmək. Nəticələr maraqlı və təəccüblüdür.
İlk onluq:
Tayvan
işdən razılıq - 75%; iş-həyat balansından məmnuniyyət - 74%, xoşbəxt həyat - 80%
Meksika
işdən razılıq - 80%; iş-həyat balansından məmnuniyyət - 72%, xoşbəxt həyat - 89%
Kosta Rika
işdən razılıq - 70%; iş-həyat balansından məmnuniyyət - 69%, xoşbəxt həyat - 88%
Malayziya
işdən razılıq - 69%; iş-həyat balansından məmnuniyyət - 72%, xoşbəxt həyat - 85%
Portuqaliya
işdən razılıq - 62%; iş-həyat balansından məmnuniyyət - 70%, xoşbəxt həyat - 84%
Yeni Zelandiya
işdən razılıq - 78%; iş-həyat balansından məmnuniyyət - 83%, xoşbəxt həyat - 77%
Avstraliya
işdən razılıq - 73%; iş-həyat balansından məmnuniyyət - 76%, xoşbəxt həyat - 80%
Ekvador
işdən razılıq - 72%; iş-həyat balansından məmnuniyyət - 79%, xoşbəxt həyat - 88%
Kanada
işdən razılıq - 69%; iş-həyat balansından məmnuniyyət - 72%, xoşbəxt həyat - 76%
Vyetnam
işdən razılıq - 86%; iş-həyat balansından məmnuniyyət - 78%, xoşbəxt həyat - 85%
Koronavirus pandemiyası müxtəlif ölkələrdə yaşayan və işləyən mühacirlərin həyatına özünəməxsus təsir göstərib. Rəyi soruşulan hər 3 nəfərdən 1-i pandemiya nəticəsində xaricə köçmək planlarının ləngidiyini, hər 5 şəxsdən biri isə ötən il karantin tərbirlərinə görə evə-öz vətənlərinə qayıda bilmədiyini söyləyir.
Bizim.Media