Polşa Almaniya hakimiyyətinin iki ölkə sərhədində nəzarəti uzatmaq qərarına etiraz edib.
Bizim.Media “Vedmosti” nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski məlumat verib.
“Almaniyanın bütün qonşuları ilə sərhəd nəzarəti tətbiq etməsi Şengen zonasının faydalarını sarsıdır. Biz bu qərarı qəbul etmirik. Polşa tərəfi hələ də buna necə cavab verəcəyini düşünür”, - deyə o qeyd edib.
Sikorski istisna etməyib ki, ölkənin Baş naziri Donald Tusk oktyabrın 12-də Polşa tərəfdən cavab tədbirləri elan edə bilər.
Qeyd edək ki, sentyabrın 9-da Almaniyanın daxili işlər naziri Nensi Fezer qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədilə ölkənin bütün quru sərhədlərində müvəqqəti nəzarətin tətbiqinə dair göstəriş verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:38 / 11.10.2024
Polşa və Almaniya arasında GƏRGİNLİK – “Cavab tədbirləri görə bilərik”
Hazırda oxunan: Polşa və Almaniya arasında GƏRGİNLİK – “Cavab tədbirləri görə bilərik”
Hazırda oxunan: Polşa və Almaniya arasında GƏRGİNLİK – “Cavab tədbirləri görə bilərik”
215529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.