Ukrayna Rusiyanın 400 kamikadze dronunu belə məhv etdi - VİDEO

Hazırda oxunan: Ukrayna Rusiyanın 400 kamikadze dronunu belə məhv etdi - VİDEO

215406

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ötən gün Rusiyanın Krasnodar vilayətindəki Oktyabrski kəndi yaxınlığında Rusiyaya məxsus silah anbarına zərbə endirildiyini açıqlayıb. Bu zərbə nəticəsində İrana məxsus 400 “Şahed” kamikadze pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, bu informasiyanı “Forbes”in analitiki Devid Aks yayıb.

Onun sözlərinə görə, 2022-ci ildən bəri Rusiya İrandan 8000-dən çox kamikadze PUA-sı alıb.

Ukrayna Silahlı Qüvvələri bu zərbə ilə Rusiyanın müharibədə istifadə etdiyi "Şahed" dronlarının təxminən beş faizini məhv edə bilib.

Aks qeyd edir ki, 400 kamikadze dronunun məhv edilməsi Rusiya hücumlarının sürətini azalda bilər, lakin bu, yalnız müvəqqəti bir qələbədir:

“Moskva həmişə Tehrandan daha çox dron ala bilər və eyni zamanda, bu PUA-lar Rusiyanın şərqindəki Tatarıstanda da istehsal olunur”.

Analitikin sözlərinə görə, ukraynalıların bu zərbəni necə endirdikləri hələlik bəlli deyil. Oktyabrski cəbhə xəttindən təxminən 140 mil uzaqda yerləşir və Ukrayna sursatları üçün əlçatan məsafədədir.

Aks vurğulayıb ki, Ukrayna bu hücumda Qərbin uzaqmənzilli raketlərindən istifadə etməyib, lakin Ukrayna istehsalı olan Neptun qanadlı raketləri Rusiyanın cənubuna çata bilir və uzun mənzilli pilotsuz təyyarələr də belə hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Eyni zamanda, hərbi analitik və tarixçi Mixail Jiroxov qeyd edir ki, Rusiya silah anbarlarına edilən bu cür hücumlar, Rusiyanın mərmi ehtiyatlarına qlobal təsir göstərməsə də, müəyyən döyüş sursatlarının qısa müddətli çatışmazlığına səbəb ola bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin