Kadırov milyarder Süleyman Kərimova qarşı “qan davası”na başladığını rəsmən ELAN ETDİ - VİDEO

Hazırda oxunan: Kadırov milyarder Süleyman Kərimova qarşı “qan davası”na başladığını rəsmən ELAN ETDİ - VİDEO

215404

"Məni öldürmək istəyirlər".

Bizim.Media xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov yerli sakinlərlə görüşü zamanı deyib.

O, çıxışında öldürülməsinə göstəriş verənlər barədə geniş danışıb.

Çeçenistan lideri həmin şəxslərin adlarını da açıqlayıb.

Bunlar Rusiya Dövlət Dumasının deputatları - Bekxan Baraxoyev, Rizvan Kurbanov və milyarder senator Süleyman Kərimovdur.
 

“Onların öz biznesləri var. Sadəcə olaraq bu qadının (adı açıqlanmır -red.) biznesini ələ keçiriblər, hətta məni öldürməyi də əmr ediblər”, deyə o, vurğulayıb.


Kadırov həmin şəxslərə qarşı rəsmən qan davası elan edib: “Mən rəsmən Bekhan Baraxoyev, Süleyman Kərimov və Rizvan Kurbanova qan davası açıram. Mən qafqazlıyam, çeçenəm”.

O, həmçinin qeyd edib ki, sui-qəsdi təsdiq edən şahidləri də var.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin