Tramp Harrislə yeni debatdan imtina etdi

Hazırda oxunan: Tramp Harrislə yeni debatdan imtina etdi

Özət:

ABŞ-ın keçmiş başçısı və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hazırkı vitse-prezident Kamala Harrislə yeni debatda iştirakdan geri çəkilib.

Bizim.Media xəbər verir ki, siyasətçi bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, debat keçirmək üçün artıq gecdir. “Proses artıq həddən artıq uzağa gedib, səsvermə başlayıb, revanş olmayacaq!”, – deyə o vurğulayıb.

Tramp əlavə edib ki, Harrisin indiki Prezident Co Bayden kimi hər şeyi edəcəyini bu yaxınlarda elan etməsi, başqa bir müzakirənin lazımsız olduğunu göstərir.


Bizim.Media 

215374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin