“Ukrayna münaqişənin 2025-ci ildən gec olmayaraq başa çatmasına ümid bəsləyir”.
Bizim.Media Ukrayna Prezidentinin ofisinin saytına istinadla xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Xorvatiyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində deyib.
“Oktyabr, noyabr və dekabr aylarında vəziyyəti sülhə və davamlı sabitliyə doğru irəlilətmək üçün real şansımız var. Döyüş meydanındakı vəziyyət bu seçimi 2025-ci ildən gec olmayaraq başa çatdırmağa imkan yaradır”, - deyə o bildirib.
Zelenski qeyd edib ki, Ukrayna noyabra qədər nizamlanma ilə bağlı yeni konfransda təqdim olunması gözlənilən sənəd hazırlayacaq. Lakin o, konfransın nə vaxt keçiriləcəyini açıqlamayıb.
Bizim.Media