Fransa gələn il Kiyevə “Mirage-2000” qırıcıları verəcək

Hazırda oxunan: Fransa gələn il Kiyevə “Mirage-2000” qırıcıları verəcək

215111

Fransa 2025-ci ilin əvvəlində Kiyevə yeni raketlərlə təchiz olunmuş “Mirage-2000” qırıcıları tədarük etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.
 

“2025-ci ilin birinci rübündə “Mirage-2000” qırıcılarının Ukraynaya tədarükü planlaşdırılır. Onlar yeni hava-yer silahları və radio-elektron mübarizə vasitələri ilə təchiz olunacaq”, - deyə nazir qeyd edib.


Fransa Prezidenti Emmanuel Makron hələ iyunun əvvəlində demişdi ki, Kiyevə “Mirage-2000” qırıcıları tədarük oluna bilər.

Rusiya isə öz növbəsində dəfələrlə bəyan edib ki, Qərbin hərbi yardımı Ukraynada vəziyyəti dəyişməyəcək və yalnız münaqişənin uzanmasına səbəb olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin