Türkiyə kəşfiyyatı daha bir TERRORÇUNU məhv etdi - FOTO

Hazırda oxunan: Türkiyə kəşfiyyatı daha bir TERRORÇUNU məhv etdi - FOTO

215106

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Türkiyə ərazisində qanlı terror aktı törətməyi planlaşdıran xüsusi təhlükəli terrorçu Hazal Belgenin zərərsizləşdirilməsi üzrə Suriyanın şimalında əməliyyat keçirib.

Bizim.Media xəbər verir ki, MİT əməkdaşları terrorçunu Suriyanın Amude rayonunda məhv ediblər.

Kəşfiyyat xidmətinin məlumatına görə, PKK terror təşkilatının üzvü olan Belge Türkiyə ərazisində terrorçu-kamikadzenin iştirakı ilə qanlı hücum hazırlayıb.

Bundan əvvəl, sentyabrın sonunda Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında Lokman İsmayıl adında daha bir təhlükəli terrorçunu məhv etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin