Qazaxıstanda referendumun ilkin nəticələri AÇIQLANDI

Hazırda oxunan: Qazaxıstanda referendumun ilkin nəticələri AÇIQLANDI

214934

Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyası bazar günü keçirilmiş referendumun ilkin nəticələrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, komissiyanın məlumatına görə, 5 milyon 561 min 937 vətəndaş (səsvermədə iştirak edənlərin 71,12 faizi) Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisinin lehinə səs verib. 2 milyon 45 min 271 nəfər isə əleyhinə səs verib.

Ümumilikdə 12 milyon 284 min 487 vətəndaş səsvermə hüququna malik olub və onlardan 7 milyon 820 min 204 nəfəri referendumda iştirak edib.

Səsvermə hüququ olanların 50 faizdən çoxu iştirak etdiyi üçün referendum baş tutmuş hesab edilir.

Qeyd edək ki, oktyabr 6-da Qazaxıstanda atom elektrik stansiyasının tikintisi məsələsi üzrə referendum keçirilib. Bu referendumda Qazaxıstan Respublikası vətəndaşları ölkədə atom energetikasının lazım olub-olmadığına dair qərar veriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin