Mask: “Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq”

Hazırda oxunan: Mask: “Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq”

214873

İlon Mask hesab edir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ-ın sonu gələcək.

Bizim.Media  xəbər verir ki, İlon Mask bu haqda “X” hesabında danışıb.

Belə ki, milyarder demokratların qalib gələcəyi təqdirdə ABŞ-ın birpartiyalı sosialist dövlətinə çevriləcəyini bildirən nəşri şərh edib.

Qeyd edək ki, Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı iyul ayında baş vermiş sui-qəsd cəhdindən sonra seçki mübarizəsində açıq şəkildə dəstəkləməyə başlayıb. Daha sonra Tramp Maska 1 milyarddan çox baxış toplayan müsahibə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin