Qazaxıstanda referendumda iştirak edənlərin SAYI BƏLLİ OLDU

Hazırda oxunan: Qazaxıstanda referendumda iştirak edənlərin SAYI BƏLLİ OLDU

214867

Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyası ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı səsvermədə vətəndaşların iştirakı barədə ilkin məlumatları açıqlayıb.

Bizim.Media Komissiyanın verdiyi məlumata istinadən xəbər verir ki, saat 20:00-dək referendumda 7 820 918 nəfər iştirak edib. 

Qeyd olunub ki, bu rəqəm seçicilərin ümumi sayının 63,87 faizini təşkil edir.

Yerli vaxtla saat 20:00-da səsvermə məntəqələri bağlanıb.

Səhər saatlarından etibarən səsvermə üçün 10 mindən çox məntəqə açılıb. Seçici siyahılarına 12 milyondan çox vətəndaş daxil edilib.

Səsvermə prosesini 30 ölkədən 177 beynəlxalq müşahidəçi, həmçinin dörd əsas beynəlxalq təşkilatın: Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin müşahidə missiyaları izləyib.

Bundan əlavə, referendumun gedişini 37 ölkədən 200 xarici media nümayəndəsi işıqlandırıb.

Səsvermə hüququ olan vətəndaşların yarıdan çoxu prosesdə iştirak etdiyi üçün referendum baş tutmuş hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin