ABŞ-dan miqrantlarla bağlı SƏRT QƏRAR

Hazırda oxunan: ABŞ-dan miqrantlarla bağlı SƏRT QƏRAR

214835

ABŞ administrasiyası miqrantlar üçün müvəqqəti humanitar giriş proqramını uzatmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) məlumat yayıb.

Kuba, Haiti, Nikaraqua və Venesueladan olan təxminən 530,000 miqrant 2022-ci ilin oktyabr ayından ABŞ-a hava yolu ilə gəlib və yaxın həftələrdə başa çatacaq humanitar proqram çərçivəsində iki illik qrantlar alıb.

Departamentdən verilən məlumata görə, Bayden administrasiyası proqramı miqrantlara ölkəyə qanuni şəkildə daxil olmaq imkanlarını təmin etmək, eyni zamanda ABŞ-Meksika sərhədindən qeyri-qanuni keçidlərin sayını azaltmaq yolu kimi işə salıb.

Bundan əvvəl “The Hill” qəzeti ABŞ-da haitili miqrantların maraqlarını təmsil edən “Haiti Bridge Alliance” qeyri-kommersiya təşkilatının, Trampın Ohayoda yaşayan haitili miqrantların qanunsuz hərəkətləri ilə bağlı söylədiyi sözlərə görə məhkəməyə müraciət etdiyini yazmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin