6 aylıq körpə siçanların hücumuna məruz QALIB –Hadisəni izləyən valideynləri TUTULDU - FOTO

Hazırda oxunan: 6 aylıq körpə siçanların hücumuna məruz QALIB –Hadisəni izləyən valideynləri TUTULDU - FOTO

214674

Ata siçanların hücumuna məruz qalan 6 aylıq körpəsini izlədiyi, ona kömək etmədiyi üçün 16 il azadlıqdan məhrum edilib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-nin İndiana ştatında baş verib.

Sözügedən ştat polisinə zəng edən ata övladının siçanlar tərəfindən ağır yaralandığını bildirib. Evə gələn polislər körpənin evdə siçanların hücumuna məruz qaldığını, sağ əl barmaqlarının ətlərinin yeyildiyini, sümüklərin göründüyünü, bədəninin müxtəlif yerlərində 50 ədəd siçan dişləməsi izi aşkar ediblər.

Polislər körpənin beşikdə qan içində yatdığını və siçanların dişləməsi nəticəsində bədəninin eybəcər hala düşdüyünü bildiriblər.

32 yaşlı ata David və anası Angel Sçonabomlar saxlanılarkən, körpənin İndianada xəstəxanada müalicə aldığı aşıqlanıb.

Oktyabrın 2-də hakim qarşısına çıxarılan ata “uşağa baxımsızlıq” ittihamı ilə 16 azadlıqdan məhrum edilib. 29 yaşlı ana isə “səhlənkarlıq” ittihamı ilə oktyabrın 24-də məhkəmə qarşısına çıxarılacaq və cəzası müəyyənləşəcək.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin