Stoltenberqdən PROQNOZ: “Ukrayna münaqişəsinin həlli ABŞ-da seçkilərdən sonra başlayacaq”

Hazırda oxunan: Stoltenberqdən PROQNOZ: “Ukrayna münaqişəsinin həlli ABŞ-da seçkilərdən sonra başlayacaq”

214597

“Təəssüf etdiyim bir şey varsa, o da ondan ibarətdir ki, biz Ukraynaya daha çox hərbi dəstək verməliydik. Mən məsuliyyəti öz üzərimə götürürəm. Ölümcül silahların göndərilməsi böyük müzakirələrə səbəb oldu. Müttəfiqlərin əksəriyyəti işğaldan əvvəl buna qarşı idi”.

Bizim.Media xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq “Financial Times”a müsahibəsində bildirib.

“Nəticələrindən çox qorxurdular. Etdiklərimizlə fəxr edirəm, amma daha əvvəl başlasaydı, böyük üstünlük olardı. O, hətta işğalın qarşısını ala bilərdi və ya heç olmasa Rusiyanın işini daha da çətinləşdirə bilərdi”, - Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli ABŞ-da prezident seçkilərindən sonra başlaya bilər: “Seçkilərdən sonra yeni impuls olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin