“Kiyev odla oynamağa davam edir”.
Bizim.Media “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Ukraynanın Kursk AES-ə oktyabrın 3-də PUA ilə hücum cəhdini şərh edən Kremlin sözçüsü Kiyevin məlum hərəkətləri barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlandırıldığını qeyd edib.
"Kiyev Kursk AES-in təhlükəsizliyini təhdid edərək “odla oynamaqda” davam edir, Moskva bunu AEBA-nın diqqətinə çatdırır", - deyə Peskov vurğulayıb.
Bizim.Media