Boris Conson: “Tramp prezident olsa idi, Rusiya Ukraynaya hücum etməzdi”

Hazırda oxunan: Boris Conson: “Tramp prezident olsa idi, Rusiya Ukraynaya hücum etməzdi”

214502

“Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, Ukraynanın çökməsinə imkan verməyəcək”. 

Bizim.Media xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “The Daily Telegraph” qəzetinə müsahibəsində bu fikirləri səsləndirib.

“Ukraynanın mübarizəsinin Avropada azadlıq və demokratiya uğrunda olduğunu başa düşməyimiz çox vacibdir. Ukrayna yıxılsa, bu, tam bir fəlakət olacaq. O (Donald Tramp) bunu başa düşür”. 

Böyük Britaniyanın keçmiş baş naziri bildirib ki, əgər ABŞ-a Tramp rəhbərlik etsəydi, Rusiya Ukraynaya müdaxilə etməzdi. 

“Trampın üstünlüklərindən biri onun tam gözlənilməz addımlar atmasıdır. Ona görə də onun beynəlxalq arenada əslində etdiklərinə baxıram və bunu insanların onun haqqında dedikləri ilə müqayisə edirəm. O, 60 rus casusunu ABŞ-dan qovdu. Tramp Suriyaya qarşı Demokratik administrasiyadan qat-qat sərt olub. O, İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı daha sərt idi.

O, ukraynalılara “Javelin” raketlərini verdi” deyə Conson xatırladıb.
 

“Amerika dünyada liderdir. Mənim fikrimcə, güclü Amerika və güclü lider olanda, insanlar bir növ nizam-intizamın qorunduğunu hiss etdikdə, dünya daha xoşbəxt və firavan yerdir”, - Conson bildirib.


Conson Trampla sonuncu dəfə nə vaxt danışdığı sualına “Bu yaxınlarda” cavabını verib. "Volodimir Zelenski ilə sonuncu dəfə nə vaxt danışmısınız?" sualına da Conson eyni cavabı verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin