Ukrayna prezidenti Volodimir Zelenski xalqa videomüraciətində Qərb tərəfdaşlarının Ukrayna sərhədləri yaxınlığında Rusiya raketlərini vurmaqdan imtina etməsindən çaşqınlığını ifadə edib.
Bizm.Media xəbər verir ki, o, Qərbin bu hərəkəti fonunda beynəlxalq koalisiyanın birgə çalışdığı Yaxın Şərqdəki vəziyyəti təhlil edib.
“Ukrayna uzun müddətdir ki, bütün qonşularına, bütün əsas tərəfdaşlarına deyir: biz qarşılıqlı fəaliyyət göstərməliyik, İran istehsalı olan “Shahed”ləri vurmaq, xüsusən də NATO dövlətlərinə yaxın ərazilərdə vurmaq üçün birlikdə işləməliyik. Bu, tamamilə mümkündür.
Lakin görünür İran və Rusiyanın raket hücumlarına Qərbin reaksiyaları tamamilə fərqlidir”, - Zelenski qeyd edib.
Onun sözlərinə görə, Yaxın Şərqdə İranın zərbələri zamanı beynəlxalq koalisiyanın birgə hərəkət etdiyi müşahidə edilib.
Bizim.Media