Yəhudilər müqəddəs bayramlarını qeyd etmək üçün Ukraynaya axın etdilər – ANBAAN VİDEO

Hazırda oxunan: Yəhudilər müqəddəs bayramlarını qeyd etmək üçün Ukraynaya axın etdilər – ANBAAN VİDEO

214190

“Yəhudilərin Yeni il bayramını qeyd etmək üçün bu gün Ukraynanın Uman şəhərinə 30 mindən çox zəvvar gəlib. 14 mindən çox zəvvar isə hələ şəhərə çata bilməyib”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Yəhudi İcması məlumat yayıb.

Məlumatda bildirilib ki, 14 min zəvvarın Umana gələ bilməməsi İranın İsraili kütləvi şəkildə atəşə tutması və hava məkanının bağlanması ilə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna ərazisində YƏHUDİ DÖVLƏTİ – Minillik ideya 2024-cü ildə REALLAŞACAQ?


Həmçinin bildirilir ki, sözügedən ərazidə Ukrayna polisi israilli həmkarları ilə birgə təhlükəsizliyi təmin edirlər. Umanda yanğınların və digər fövqəladə halların və hadisələrin qarşısının alınması məqsədilə Dövlət Fövqəladə Hallar Xidmətinin birləşmiş dəstəsinin canlı qüvvə və texnikasının gecə-gündüz növbətçiliyi təşkil edilib.

Qeyd edək ki, indiki Ukrayna ərazisində tarix boyu xeyli sayda yəhudi yaşayıb. Hələ 8-ci əsrdə bu ərazilərdə yaşayan yəhudilər Kiyev şəhərini “yəhudi qapısı” adlandırıblar.

Xatırladaq ki, bir neçə ay əvvəl Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev Ukraynanın 5 hissəyə parçalanacağını, Odessa, Dnepropetrovsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərini əhatə edən “Yəhudi dövləti”nin yaradılacağını qeyd etmişdi.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin