Almaniyanın “Lufthansa” aviadaşıyıcısı və onun törəmə şirkəti olan “Swiss International Air Lines” mövcud vəziyyətlə əlaqədar Livan və İsrailə uçuşları növbəti dəfə ləğv edib.
Bizim.Media xəbər verir ki, “Swiss International Air Lines” aviaşirkətinin məlumatına görə, Təl-Əvivə uçuşlar 2024-cü il oktyabrın 31-dək, Beyruta uçuşlar isə noyabrın 30-dək dayandırılacaq.
Bundan əlavə, “Lufthansa” oktyabrın 14-dək Tehrana uçuşların da ləğv etdiyini açıqlayıb.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Ötən həftənin əvvəlindən başlayaraq İsrail ordusu Beyrut da daxil olmaqla Livanın cənubuna hava zərbələri endirməyə başlayıb. Oktyabrın 1-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtına azı səkkiz hava hücumu həyata keçirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:24 / 01.10.2024
Bu aviaşirkət Beyrut və Təl-Əvivə uçuşları ləğv etdi
Hazırda oxunan: Bu aviaşirkət Beyrut və Təl-Əvivə uçuşları ləğv etdi
Hazırda oxunan: Bu aviaşirkət Beyrut və Təl-Əvivə uçuşları ləğv etdi
214014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.