Ukrayna fəlakətin BİR ADDIMLIĞINDA – Kiyev Qərbin borc bataqlığından necə ÇIXACAQ?

Hazırda oxunan: Ukrayna fəlakətin BİR ADDIMLIĞINDA – Kiyev Qərbin borc bataqlığından necə ÇIXACAQ?

213988

ABŞ və Avropa İttifaqı artıq söz oyununa çıxıblar. Yəni onlar heç bir iş görmədən sadəcə danışırlar. Belə vəziyyətdə isə hər şey pisliyə doğru inkişaf edir. 

Məsələn, Qərb ölkələri Ukrayna büdcəsinə daxil olan vəsaitləri iki dəfə azaldıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qərb Ukraynaya verdiyi pulları geri İSTƏYİR – Zelenskinin cəmi 20 gün vaxtı QALDI


Belə ki, ilin birinci yarısında Qərb Ukraynanın dövlət büdcəsi xərclərinin 27%-ni maliyyələşdirirdisə, ötən il bu rəqəm 50% təşkil edib. Söhbət Qərbin yardımını 19,1 milyard dollardan 10,6 milyard dollara qədər azaltmasından gedir. Bununla belə, pulsuz xarici transfertlər altı dəfə - 6,1 milyard dollardan 1 milyard dollara qədər azalıb. Bundan başqa, Kiyev büdcə kəsirini demək olar ki, tamamilə ödəmək üçün bu il kənardan 37 milyard dollar kredit almağı planlaşdırsa da, indiyədək tələb olunan məbləğin yalnız dörddə birini toplayıb.

Nəzərə alaq ki, bu fonda Ukrayna büdcəsinin yükü də artır. 

Belə ki, borc öhdəliklərinə xidmət etmək üçün altı dəfə çox pul tələb olunur. Qeyd edək ki, 2024-cü ildə xərclər 900 milyon dollardan 5,2 milyard dollara qədər artıb. Bu da səhiyyə, təhsil və iqtisadiyyata ayrılan ümumi xərcləri üstələyir.

Onu da qeyd edək ki, Qərb verdiyindən daha çox tələb edir. Məsələn, sentyabr ayı üçün Ukrayna xarici borclar üçün  2,8 milyard dollar ödəməli idi. Üstəlik, əvvəllər  xarici borclara xidmət üçün ayda 146 milyon dollar, 2023-cü ildə isə hər ay 110 milyon dollar xərclənirdi. Sentyabrın 13-də Ukrayna hökuməti 2025-ci ilin büdcə layihəsini 75% kəsirlə təsdiqləyib.

Hökümət məmur ordusunun maaşını artırmaq istəyir. Xarici borclar və yardımlar ordusu hesabına formalaşan Ukrayna büdcəsi səmərəsiz şəkildə istismar edilir. 

BMT də yardımlarını dayandırır.

Nəzərə alaq ki, 2024-cü ildə BMT Ukrayna üçün 3,9 milyard dollar məbləğində humanitar yardım planlaşdırıb. Lakin bu ilin ötən 8 ayında cəmi 30 faiz maliyyələşmə olub.

BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun deyib ki, əhalinin yardıma ehtiyacı artır:

“Humanitar yardım planı cəmi 30 faiz maliyyələşdirilib. Ukraynada soyuqlar tez düşür. Biz artıq qış haqqında düşünməliyik".

D.Braun qeyd edib ki, mövcud ehtiyacların təhlili əsasında hazırlanan humanitar plan bütün humanitar ehtiyacları təmin etmək üçün 3,9 milyard dollar tələb edir. Eyni zamanda dağıdılan Kaxovskaya su elektrik bəndinin yenidən qurulması bu vəsaitə daxil deyil, çünki bu, tamamilə gözlənilməz idi.

Qərb özü Ukraynadan pul istəyir

Ən son məlumata görə Ukraynanın ümumi borcları 6 trilyon 115 milyard 263,5 milyon qrivnaya yaxındır. Bu isə ölkənin defolt vəziyyətə gəlfiyini göstərir. Bunun çox hissəsi xarici borclardır. Məsələ ilə bağlı bir müddət əvvəl mətbuata danışan ukraynalı nazir Sergey Marçenko bildirib ki, defoltdan qaçmaq üçün  təxminən 20 milyard dollarlıq xarici borcun ən azı bir hissəsini bağlamaq lazımdır.

Halbuki, Aİ uzun zamandır ki, Ukraynanın xarici borclarına çözüm tapacağını deyirdi. Sonuncu dəfə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasında Jozep Borrel demişdi ki, Ukrayna avqustda Rusiyanın dondurulmuş aktivlərindən gözlənilən gəlirdən 2,5 milyard avro alacaq. 

Lakin bu baş vermədi. Üstəlik, Qərb son zamanlar Ukraynaya verdiyi kreditlərin bir hissəsinin geri ödənilməsini tələb edir. Avropa İttifaqı da bu tələbə qarşılıq kimi bildirmişdi ki, Rusiyanın dondurulmuş aktivlərinə hesablanmış faizlər avqustun 1-dək Ukrayna veriləcək. Amma avqustun sonunda Aİ bəyan etdi ki, “yenə alınmadı”.

Ukrayna çökdürülür

Belə acınacaqlı durumsa Ukraynanın sonunu gətirir. Bu da bir daha onu sübut edir ki, Ukrayna Rusiyadan əvvəl ABŞ və Avropa İttifaqının “qurdlar süfrəsi”nə qoyulub...

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin